Şriftin ölçüsü :

Saytın rəngi :

ACIBADEM əməkdaşları Naftalanda olublar

16 mart 2021 | 16:00

Naftalan Şəhər İcra Hakimiyəti və Türkiyənin ACIBADƏM Tibbi Şirkətlər Qrupunun əməkdaşları arasında görüş keçirildi.
   Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov ilk olaraq qonaqları salamladı, Naftalan şəhərinin mövcud turizm potensialı haqqında ətraflı məlumat verdi. Bildirildi ki, müalicəvi Naftalan nefti ilə sağlamlıq turizm istiqamətində inkişaf etmiş şəhəri müasir kurort mərkəzinə çevirmək və beynəlxalq turizm mərkəzi kimi inkişaf etdirmək qarşıdakı əsas vəzifələrdəndir. Şəhər İcra Hakimiyyətinin müraciəti əsasında ilk dəfə olaraq Naftalan nefti və ondan alınan məhsulların rəqabət qabiliyyətliliyinin artırılması məqsədilə AZS 886:2020 “Naftalan nefti nativ. Ümumi tələblər”  dövlət standartı  layihəsi  Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən təsdiq edilməsi də turizmin inkişafına böyük təkan verəcəkdir.
   Şəhər rəhbəri vurğuladı ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Naftalan kurortunun inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin uğurlu icrası nəticəsində şəhər özünün yeni inkişaf dövrünə qədəm qoyub.
   Türkiyə ACIBADEM Tibbi Şirkətlər Qrupunun Uluslararası İş Gəliştirmə Sorumlusu Aytən Babazadə, Regional nümayəndəliyinin əməkdaşı Ramil Ələsgərov və Gəncə Destinasiya Menecmenti Təşkilatının rəhbəri Zaur Bayramov ilə keçirilən görüşdə ACIBADEM nümayəndəsi Aytən Babazadə təbii Naftalan neftinin yüksək müalicəvi təsirlərə malik olduğunu və xəstəliklərdə istifadəsinin önəmli olduğunu qeyd etdi. Əməliyyat olunmuş xəstələrin gələcəkdə reabilitasiyasının Naftalanda keçirmələri barədə fikir mübadiləsi aparıldı. Gələcəkdə ACIBADEM Tibbi Şirkətlər Qrupu ilə Naftalan  Sağlamlıq Mərkəzlərinin birgə əməkdaşlığı barədə təkliflər irəli sürüldü və müzakirələr aparıldı. ACIBADEM-in və Naftalan Sağlamlıq Mərkəzlərinin yüksək ixtisaslı mütəxəsisləri ilə birgə “Naftalan neftinin əhəmiyyəti” mövzusunda vebinarın keçiriləcəyidə diqqətə çatdırıldı.
   Sonda qonaqlar “Garabag Resort & Spa” və “Naftalan Müalicə və Sağlamlıq Mərkəzində” naftalan neftindən istifadə edərək həyata keçirilən müalicə üsulları ilə yaxından tanış olublar.

 

Keçidlər