Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda Vətən Müharibəsi Qazisi evində ziyarət edildi

05 mart 2021 | 16:00

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev hər zaman şəhid ailələri və qazilərə xüsusi diqqət ayırıb. O cümlədən Naftalan Şəhər İcra Hakimiyyətidə öz növbəsində şəhərimizin qazilərini mütamadi olaraq ziyarət edir, onların və ailələrinin problemləri ilə maraqlanırlar.
   Bu gün Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkilatçısı sektor müdiri Vətən müharibəsi iştirakçısı, kapitan Habil Abdullayev Vətən müharibəsi qazisi İlkin Tağıyevi ziyarət edib, Şəhər İcra Hakimiyyəti adından qaziyə tələb olunan əl əsasını  və gündəlik təlabat üçün lazım olan tibbi ləvazimatı təqdim edib.
   Qazimiz Tağıyev İlkin Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir.

 

Keçidlər