Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan Şəhər İcra Hakimiyyətində vətəndaşların növbəti onlayn qəbulu keçirilib

24 fevral 2021 | 16:00

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov növbəti onlayn qəbulunu keçirib. Qəbulda ayrı-ayrılıqda 30-a yaxın vətəndaşın müraciəti  dinlənilib, onları narahat edən məsələlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülüb və tapşırıqlar verilib.
     Qəbula gələnlər onların şikayət və təkliflərinin dinlənilməsindən məmnunluqlarını ifadə edərək ölkədə, o cümlədən Naftalan şəhərində həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər