Şriftin ölçüsü :

Saytın rəngi :

Havanın kəskin dəyişəcəyi haqqında xəbərdarlıq

23 fevral 2021 | 16:00

Fevralın 23-ü axşam şimal və şərq rayonlarından başlayaraq 25-i səhərədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv və güclü olacağı ehtimalı var. Qərb küləyi 18-23 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək. Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi, aran rayonlarında 3-8 dərəcə şaxta, dağlıq rayonlarda 15-20 dərəcə şaxta olacağı gözlənilir. Yolların buz bağlayacağı eytimalı var.

Keçidlər