Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər İcra Hakimiyyətinin başçısı Vətən Müharibəsi qazisini evində ziyarət etdi

22 fevral 2021 | 16:00

İcra başçısı  Vüqar Novruzov və şəhər Polis şöbəsinin rəisi Zaur Bədəlov Naftalan sakini müddətdən artıq hərbi qulluqçu Qazi-Tağıyev Qiyas Fariz oğlunu evlərində ziyarət ediblər. Ziyarət zamanı Qazimizin Vətən Müharibəsində keçdiyi döyüş yolundan və aparılan uğurlu əməliyyatlarda iştirakından danışılıb.
   Ali Baş Komandanımız, Möhtərəm Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun qazandığı Zəfəri Qazimizin diqqətinə çatdıran icra başçısı onun və ailəsinin problemləri ilə maraqlandı, Şəhid ailələri və Qazilərimizin Prezidentimizin  xüsusi diqqət və qayğısı ilə əhatə olunduqlarını vurğuladı. Sonda ailənin problemləri və həlli istiqamətində müvafiq tapşırılıqlar verilərək nəzarətə götürülmüşdür.

 

Keçidlər