Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda Şəhər İcra Hakimiyyətində vətəndaşların növbəti onlayn qəbulu keçirilib

12 fevral 2021 | 16:00

Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov tərəfindən vətəndaşların növbəti onlayn qəbulu keçirilmişdir. Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilmiş, onları narahat edən bir sıra məsələlər elə qəbul zamanı həll olunmuşdur. Həmçinin vətəndaşlar tərəfindən qaldırılan bəzi məsələlərə dair onlara müvafiq izahat verilmiş və ya  həlli ilə əlaqədar araşdırılıb müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilərək nəzarətə götürülmüşdür.
   Qəbula gələnlər onların müraciətlərinin dinlənilməsindən məmnunluqlarını ifadə edərək ölkəmizdə və Naftalanda həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər