Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan Şəhər İcra Hakimiyyətinin rəsmi “Telegram” kanalı istifadəyə verildi

11 fevral 2021 | 16:00

Fevralın 10-dan Şəhər İcra Hakimiyyətinin rəsmi “Telegram” kanalı (@naftalan_ih) istifadəyə verilib.
   Kanalda Şəhər İcra Hakimiyyətinin əsas fəaliyyət istiqamətləri üzrə həyata keçirdiyi yeniliklər və xəbərlər barədə məlumatlar paylaşılacaq.
   “Telegram” tətbiqini smart cihazlara yükləməklə @naftalan_ih kanalına abunə olmaq və yaxud https://t.me/naftalan_ih linkindən istifadə etməklə teleqram kanalımıza keçid edə bilərsiniz.
   Həmçinin bildiririk ki, Naftalan Şəhər İcra Hakimiyyətinin QR-kodu vasitəsilə həmin qurumun veb saytına və Facebook, Youtube, Twitter rəsmi səhifələrinə də daxil olmaq mümkündür.

 

Keçidlər