Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda “20 Yanvar faciəsinin otuz birinci ildönümü” ehtiramla yad edilib

20 yanvar 2021 | 16:00

Naftalan şəhərində Azərbaycan tarixinin faciəli, eyni zamanda şərəfli səhifəsi olan “20 Yanvar faciəsinin il dönümü”nə həsr olunmuş anım tədbiri keçirilib.
   Anım tədbirində şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
   Tədbir iştirakçıları “Şəhidlərin Xatirə kompleksi”ni ziyarət edib, ərazi bütövlüyümüz uğrunda canlarından keçən Vətən övladlarının abidəsi önünə gül dəstələri düzmüşlər. Şəhidlərin ruhlarına dualar oxunmuşdur.
   Ümumxalq hüzn günü ilə əlaqədar şəhər ərazisində dövlət bayraqları endirilib, saat 12:00-da bütün yaşayış məntəqələrində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Keçidlər