Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan Şəhər İcra Hakimiyyətində vətəndaşların növbəti onlayn qəbulu keçirilib

19 yanvar 2021 | 16:00

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov yanvarın 19-da Şəhər İcra Hakimiyyətinə müracət edən vətəndaşlarla növbəti onlayn qəbul keçirib.
   Onlayn qəbulda səslənən müraciətlər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verib, bəzi qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
   Qəbula gələnlər onların şikayət və təkliflərinin dinlənilməsindən məmnunluqlarını ifadə edərək ölkədə, o cümlədən şəhərimizdə həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər