Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub

14 yanvar 2021 | 16:00

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və Millət vəkili Anar Məmmədov Vətən müharibəsi şəhidlərinin məzarını ziyarət edərək şəhidlərin əziz xatirəsinə sonsuz ehtiramlarını bildirib, məzarları önünə gül dəstələri düzülüb və ruhlarına dualar oxunub.
   Eyni zamanda Şəhid valideyinlərinə bildirilmişdir ki, Ali Baş Komandanımız möhtərəm cənab Prezidentimiz İlham Əliyevin əsrin dörddə birindən çox davam edən münaqişəni 44 gün ərzində həll etdiyini, öz qanı və canı bahasına Vətən torpağının müdafiəsinə qalxanların, həmçinin onların ailələrinin daim dövlətin qayğısı ilə əhatə olunduqları vurğulanıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa dilənib və şəhidlərimizin qanının yerdə qalmadığı bildirilib.
   Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə ediblər.

 

Keçidlər