Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda BTF tərəfindən Vətən Müharibəsi şəhidlərinin ailələrinə və qazilərə sovqatlar verilib

08 yanvar 2021 | 16:00

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və Bakı Tekstil Fabrikinin, Azərbaycan Qadın Sahibkarlığı İnkişafı Assosiasiyasının dəstəyi ilə Naftalanda şəhid ailələri, Vətən Müharibəsi iştirakçılarının habelə erməni terroruna məruz qalmış mülki şəxslərin ailələri ziyarət edilərək onlara müxtəlif hədiyyələr təqdim olunub.
   Şəhər İcra Hakimiyyətinin əməkdaşları qeyd olunan kateqoriyadan olan ailələri ziyarət edərək şəhidlərimizin qanı bahasına əldə olunmuş möhtəşəm qələbə münasibətilə onları ürəkdən təbrik edib, qayğı və problemləri ilə maraqlanıb. 
   Vətən Müharibəsi iştirakçılarının ailə üzvləri, şəhid ailələri, erməni terroruna məruz qalmış mülkü şəxslər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycan xalqına bu xoşbəxt günləri yaşatdığı üçün minnətdar olduqlarını, möhtəşəm tarix yazan Sərkərdəmizlə fəxr etdiklərini və Müzəffər ordumuzla qürur duyduqlarını ifadə ediblər.

 

Keçidlər