Şriftin ölçüsü :

Saytın rəngi :

“Prezident İlham Əliyevin siyasi fəaliyyətinin uğurları” mövzusunda Naftalanda videokonfrans keçirilib

24 dekabr 2020 | 16:00

24 dekabr 2020-ci il tarixdə Naftalan şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası  Naftalan şəhər təşkilatının birgə təşəbbüsü  ilə  “Prezident İlham Əliyevin siyasi fəaliyyətinin uğurları” mövzusunda videokonfrans formatında tədbir keçirilib. Tədbirdə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, YAP Naftalan ŞT-nın sədri Hatəm Qocayev, YAP Naftalan ŞT ərazi ilk partiya təşkilatının sədrləri, ziyalılar, gənclər iştirak ediblər.
      Tədbiri giriş sözü ilə İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov açaraq bildirib ki, cənab Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət  Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz cənab Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub.
       İcra başçısı qeyd edib ki, 30 illik Qarabağ həsrəti Böyük Qələbə, işğal altındakı torpaqlarımızın azad edilməsi ilə başa çatdı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz döyüş meydanında düşmənin dərsini verməklə yanaşı, dünyaya cəsarət, qorxmazlıq və vətənpərvərlik nümunəsi nümayiş etdirdi. Azərbaycan xalqı hər zaman olduğu kimi, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx yumruq kimi birləşdi. Xalq-iqtidar birliyi bu tarixi qələbənin əsas özüllərindən biri rolunu oynadı və siyasət meydanında Prezidentimiz, ön cəbhədə rəşadətli ordumuz, arxa cəbhədə ləyaqətli xalqımızın inamı, mətin duruşu işğalçı Ermənistanı məğlubiyyətini boynuna almağa, kapitulyasiyaya məcbur etdi. Qarabağ müharibəsinin qalibi cənab İlham Əliyev bu möhtəşəm zəfəri ilə yenilməz sərkərdə və çox mahir diplomat kimi adını tarixə yazdırdı.
        Sonra YAP Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev çıxış edərək vurğulayıb ki, ilk gündən hər bir azərbaycanlının prezidenti olacağını vəd edən, verdiyi sözü uğurla yerinə yetirən dövlət başçısı cənab İlham Əliyev öz fəaliyyəti ilə ümummilli liderin başladığı işi davam etdirməyə qadir olduğunu sübut etməklə yanaşı, həm də özünü yeni zamanın yeni lideri kimi göstərdi.
       Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə edilən hər bir uğur Ulu Öndər Heydər Əliyevin zəkasının təcəssümü, onun irsən qoyub getdiyi milli tərəqqi ideyalarının təzahürüdür.
       Tədbirdə həmçinin, Naftalan şəhər Təhsil şöbəsinin müdiri Rəna Dəmirova çıxış edərək vuğulayıb ki, Azərbaycan xalqının alternativsiz lideri cənab İlham Əliyevin rəhbərliyi ilə uğurlu inkişaf tarixini yaşayan Azərbaycanda həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat Azərbaycanın əsas inkişaf göstəriciləri olmaqla yanaşı, həm də bu gün dünyanın ən güclü, ən təsiredici gücə malik dövlətlərini belə heyrətə salacaq Zəfərə imza atmaqla tarixi ədaləti özü bərpa etdi.

 

Keçidlər