Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə mobil qruplar tərəfindən davamlı olaraq reydlər keçirilir

24 noyabr 2020 | 16:00

    Koronavirus infeksiyasının ölkədə geniş yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejiminin qaydalarına Naftalan şəhərində əməl edilməsi vəziyyətinin öyrənilməsi və zəruri tədbirlərin görülməsi ilə əlaqədar şəhər ərazisində və kəndlərdə fəaliyyət göstərən mobil qruplar tərəfindən müvafiq ərazi bölgüsü əsasında mütəmadi olaraq ticarət, ictimai-iaşə və xidmət obyektlərində, banklarda əhalinin müəyyən olunmuş qaydalara və sanitar-epidemioloji tələblərə əməl edilməsinin vəziyyətini öyrənmək və lazımi tədbirlər görmək məqsədilə reydlər keçirilir, əhalinin sıx toplaşdığı ərazilərdə sakinlərlə fərdi qaydada izahetmə işləri aparılır.
      Həmçinin reyd keçirilən bütün obyektlərdə canlı təmas zamanı tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin, sosial məsafənin saxlanılmasının zəruriliyi işçi heyətinin diqqətinə çatdırılıb.
      Qeyd edək ki, şəhər ərazisndə və kəndlərdə pandemiyaya qarşı mübarizə tədbirlərinə nəzarəti gücləndirmək məqsədi ilə aidiyyəti strukturların əməkdaşlarından ibarət hər birində 4 nəfər olmaqla 5 mobil qrup fəaliyyət göstərir.

 

Keçidlər