Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda COVİD-19-a qarşı tədbirlər gücləndirilib

17 noyabr 2020 | 16:00

Naftalan şəhərində pandemiyaya qarşı kompleks mübarizə tədbirləri davam etdirilir. Koronavirus infeksiyasının yayılması hallarının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə Naftalan şəhər İcra Hakimiyyəti tərəfindən şəhərdə həyata keçirilən profilaktik dezinfeksiya tədbirləri ilə yanaşı əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi və sosial məsuliyyət tədbirləri də diqqət mərkəzində saxlanılır.
    Bu məqsəd ilə Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanan yeni məlumatlandırıcı posterlər yaşayış binalarının girişində, liftlərdə, ticarət, ictimai-iaşə obyektlərinin giriş qapılarında, idarə müəssisə və təşkilatların dəhlizlərində, Bank, Poçt, ATM-lərin qarşısında və digər yerlərdə vurulmuşdur.
      Hörmətli sakinlərimiz!
   Həyata keçirilən tədbirlər, sosial məsafənin gözlənilməsini təmin etmək məqsədi ilə vurulan “sosial məsafəni qoruyun” nişanları özünüzün və yaxınlarınızın təhlükəsizliyi üçündür, hər birinizi təlimatlardan irəli gələn təhlükəsizlik qaydalarına riayət etməyə dəvət edirik.

 

Keçidlər