Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin dəstəyi ilə aztəminatlı ailələrə yardım paylanılıb

06 noyabr 2020 | 16:00

Naftalan şəhərində AzQAC-ın dəstəyi ilə  tibbi ləvazimat və gigiyena məhsullarından ibarət bağlamalar xüsusi yardıma və qayğıya ehtiyacı olan ailələrə paylanılıb.
    Naftalan Şəhər İcra Hakimiyyəti və AzQAC-ın Goranboy-Naftalan şəhər bölməsinin birgə tərtib etdiyi siyahıya uyğun olaraq bağlamalar ŞİH-nin və AzQAC-ın Goranboy-Naftalan şəhər bölməsinin əməkdaşları tərəfindən qeyd olunan kateqoriyadan olan 55 ailənin ünvanına çatdırılıb.
    Vətəndaşlar göstərilən köməkliyə, eləcə də ölkəmizdə, o cümlədən Naftalanda koronavirus  infeksiyasının  yayılmasının  qarşısının  alınması  istiqamətində həyata keçirilən tədbirlərə  görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını  bildiriblər.

 

Keçidlər