Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda mütəmadi olaraq mobil qruplar tərəfindən reydlər davam etdirilir

02 noyabr 2020 | 16:00

Şəhərdə COVİD-19-a  qarşı həyata keçirilən profilaktik dezinfeksiya tədbirləri ilə  yanaşı əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi və sosial məsuliyyət tədbirləri də həyata keçirilir. Şəhər ərazisində və kəndlərdə fəaliyyət göstərən mobil qruplar tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində NKyOQ-ın tələb və tövsiyələrinə uyğun olaraq gündəlik reydlər keçirilir.
   Reydlər zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb. İctimai iaşə, ticarət və digər obyektlərdə müəyyən edilmiş qaydalara əməl olunmasının vəziyyəti öyrənilib,  tibbi maskadan istifadənin, sosial məsafənin saxlanılmasının və qaydalara əməl edilməsinin vacibliyi bir daha vətəndaşların, eləcə də obyekt sahiblərinin,  işçi heyətin diqqətinə çatdırılıb.
   Qeyd edək ki, şəhər ərazisndə və kəndlərdə pandemiyaya qarşı mübarizə tədbirlərinə nəzarəti gücləndirmək məqsədi ilə aidiyyəti strukturların əməkdaşlarından ibarət hər birində 4 nəfər olmaqla 5 mobil qrup fəaliyyət göstərir.

 

Keçidlər