Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanımızın qələbə salnaməsi

06 oktyabr 2020 | 16:00

Bu gün ölkəmizdəki vəziyyət, vətənimizin bütövlüyü uğrunda  gedən qızğın döyüşlər Azərbaycan ərazilərinin beşdə birini zəbt edən  və hərbi işğal altında saxlayan Ermənistanın işğalçı siyasətinin nəticəsidir. 
    Boşa çıxmış 30 illik ümüdlərlərdən sonra  Azərbycan  artıq mənasız danışıqlarda iştirak etməyəcəkdir. Aparılan danışıqlar və onun formatı Azərbaycanın maraqlarına xidmət etməyib. Sülhsevər Azərbaycan xalqı danışıqlara inanıb, diplomatik üsullara sadiq olub, beynəlxalq birliyə etibar edib. Bunun nəticəsində xalqımızın etibarından istifadə olunub, onun səbri ilə oynayıblar. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr  30 ilə yaxındır kağız üzərindədir.
    Artıq  Azərbaycan xalqının qələbə salnaməsi yazılacaq. Cəbrayıl şəhərinin və Cəbrayıl rayonunun doqquz kəndinin işğaldan azad edilməsi Azərbaycan xalqının qələbə salnaməsinin parlaq səhifələrindəndir. Şanlı Ordumuzun qəhrəman əsgələri hər gün yeni yeni zəfər xəbərləri ilə xalqı sevindirir. Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimiz qəhrəmanlardır, qorxmazdırlar. Onların əzmi, dəyanəti və  şücaəti nəticəsində doğma torpaqlarımız bizə qayıdır. 
     Bununla  Azərbaycanın şanlı tarixi yazılır. Azərbaycan xalqı bu gün öz dövlətinin yeni tarixini yazır. Bu günlərdə tarixi ədalət bərpa olunur. Çünki Qarabağ torpağı Azərbaycan xalqının əzəli, əbədi tarixi torpağıdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Biz inanırıq ki, az müddət ərzində yenədə Azərbaycan xalqı işğal altından azad olunan torpaqlarımızda da məskən salıb, yurd-yuva quracaqlar.
    Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin vurğuladığı bu fikirlər hər bir Qarabağlının, o cümlədən xalqımızın çox böyük sevincinə səbəb oldu. “Qarabağa həyat qayıdacaqdır. Azərbaycan dövləti bütün şəhərləri bərpa edəcək. Ermənilər tərəfindən dağıdılmış bütün məscidlər bərpa olunacaq və oradan azan səsi yenə də eşidiləcəkdir. Azərbaycan xalqının tarixi-mədəni irsini silmək üzrə Erməni cəhdlərinə son qoyulacaqdır”.
     Həqiqətəndə bu sözlərdən sonra hər bir insanın axıtdığı göz yaşları işğaldan azad olunan torpaqların  xəbərini alan  Azərbaycan xalqının sevinc göz yaşlarıdı.
Nankor düşmən uduzduğunu artıq qəbul edir, çünki güc üstünlüyü Azərbaycanın tərəfindədir. Azərbaycan xalqının həsrətinə son qoyulur. Qüdrətli Azərbaycan dövləti əmindir ki, yenilməz Ordumuzun gücü hesabına tarixi ədalət bərpa olunacaqdır.
     Zavallı ermənistan xalqı isə öz  təlxək siyasi rəhbərliyinin axmaq niyyətlərinin əziyyətini hələdə çəkir.  Ermənistanın baş naziri cəfəng fikirlər ortaya atır, tarixi saxtalaşdırır, öz xalqını və beynəlxalq ictimaiyyəti aldadır.
     Bir il bundan əvvəl işğalçı Paşinyanın söylədiyi bu fikir: “Qarabağ Ermənistandır və nöqtə” deməklə bütün danışıqlar prosesinə zərbə vurdu və danışıqları mənasız etdi. Öz xalqını uçurumun dibinə sürüklədiki, hansıki biz bugün bunun şahidi oluruq.
     Lakin iyrənc xislətə malik düşmən beynəlxalq hüquq normalarını pozaraq dinc əhalini hədəf alır, bununda nəticəsində hər gün neçə neçə mülki şəxs bu amansız mərmilərin qurbanı olur.
Ermənistanın bu cür vəhşiliyi,  təcavüzkar tamahı onları bitirir və bu tamah Ermənistan hökumətini daha böyük axmaqlıqlara təhrik edir. Bu siyasət Ermənistan dövlətçiliyinə təhlükədir.
Beynəlxalq təşkilatlar işğalçı Ermənistana təsir etmədi və bu gün də təsir etmir. Bu hal beynəlxalq riyakarlığın və ikili standartların təzahüründən başqa bir şey deyil.
     Azərbaycan isə öz növbəsində hər zaman ədalətli danışıqların tərəfdarı olub. Beynəlxalq hüquqa sığınan Azərbaycan münaqişə boyunca diplomatik üsullara müraciət edib və danışıqlara hazır olduğunu bildirirdi.
     Möhtərəm Prezidentimiz cənab İlham Əliyev vurğulayır ki, “Aparılan  danışıqlar üçün heç bir əsas qalmadı. Azərbaycan xalqının tarixinə zərbə vuran erməni cəlladları ilə danışıqların aparılması mümkünsüzdür”.
      Xislətində qorxaqlıq olan qondarma rejimin başçısı qaçıb siçan kimi gizlənməkdən başqa bir yol tapmayıb. Biz erməniləri iti qovan kimi qovacayıq.
Ölkə başçısı yekun fikirlə bir daha bildirdiki, “Ermənistan rəsmilərinin düşünmək üçün çox az vaxtı qalıb. Ermənistan rəhbərliyi hələ ki, gec deyil yaxşı düşünməli və düzgün nəticələr çıxartmalıdır. Torpaqların azad olma cədvəli Azərbaycana təqdim olunmalıdır. İşğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli müəyyən olunduğu təqdirdə atəşkəs rejimi bərpa edilə bilər”.
Erməni havadarlarına Azərbaycandan tarixi dərs verilir. Cəbrayılın işğaldan azad edilməsi Ermənistana, onun havadarlarına dərs olmalıdır. Verilən dərslərdən Ermənistan nəticə çıxartmalı və təxribatlarından əl çəkməlidir.
      Bu gün Azərbaycan bayrağı  işğaldan azad olunan torpaqlarda ucaldılır və dalğalanır. Həmin torpaqlarda  Azərbaycan dili o torpaqların milli mənsubiyyətini bərpa edir.
     Haqqı bərpa olunan Azərbaycan xalqı isə şərəfli anlarını yaşayır. Tezliklə Azərbaycanın  ərazi bütövlüyü bərpa ediləcək və Azərbaycanın ümidləri özünü doğruldacaqdır.  Xalqımız mütləq zəfər çalacaq!
      Qarabağ Azərbaycandır!

Keçidlər