Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan işğalçı dövlətdir

27 sentyabr 2020 | 16:00

Azərbaycanın Milli ordusu  Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə  bütün cəbhə boyu əks-hücum əməlliyatı başlaması qərarı aldı. Milli ordumuzun çevikliyi və peşəkarlığı nəticəsində düşmənin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası aşkar edildi və onların hərəkət trayektoriyasına nəzərət aparılır.
    27 Sentyabr tarixində baş vermiş hadisə Ermənistan hökuməti üçün bəraəti olmayan insidentdi. Çünki cəbhə boyu baş verən hadisələrə görə bilavasitə Ermənistan hökuməti məsuliyyət daşıyır. Ermənistan silahlı qüvvələrinin mülki insanların sıx şəkildə yaşadğı yerləri və obyektləri intensiv şəkildə atəşə tutması nəticəsində mülki əhalı həlak olub və yaralanıb. Çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib. Ermənistanın növbəti dəfə mülki əhalini hədəfə alması beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır. Düşmənin dinc əhalini hədəfə alması nəticəsində Naftalan şəhəri Qaşaltı Qaraqoyunlu kənd sakini Qurbanov Elburus İsa oğlu və onun 4 ailə üzvü olmaqla bütövlükdə bir ailə o cümlədən uşaqlar həlak olub.
    Azərbaycan məsuliyyətli ölkədir, Milli ordumuz mülki əhalini  atəşə tutmur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözügedən mövqeyi vəziyyətdən asılı olmayaraq hər zaman qorunulur. 27 sentyabr tarixində baş vermiş hadisələr bunun sübutudur. Milli ordumuz mülki əhalini atəşə tutmur.
    27 sentyabr hadisələri Ermənistanın yeni işğal siyasətinin təzahürüdür. Bu yeni siyasət danışıqlar prosesinin pozulması, status-kvonun təsdiqi, yeni təxribatların yaradılması və Ermənistanda yaradılmış sosial fəlakətin gizlədilməsinə xidmət edir.
    Ermənistanda rasizm siyasəti yürüdülür. Erməni hökuməti öz dövlətində Azərbaycanın düşmən obrazının formalaşmasına xidmət edən məqsədyönlü addımlar atır. Erməni təxribatları sistemli xarakter daşıyır. İyul, avqust və sentyabr aylarında baş vermiş rəsmi Yerevanın hərbi təxribatları regiona təhlükə yaradır və Azərbaycanı hərbi qüvvədən istifadə etməyə təhrik edir.
      Çünki, təxribatlar təkcə cəbhədə yox, Yerevanın siyasi bəyanatlarında da öz əksini tapır. Ermənistanın daxili auditoriyasına xidmət edən məsuliyyətsiz bəyanatlar danışıqlar prosesinə ciddi zərbədir. Bu danılmaz fakt təkcə bizi yox, bütün beynəlxalq ictimaiyyəti düşündürməlidir. Danışıqlar prosesinin aqibətini şübhə altına qoyan rəsmi Yerevan etibarsız və məsuliyyətsiz ölkədir. Danışıqlardan  və münaqişənin sülhlə həlli yolundan qaçan Ermənistan. Bütün təxribatlar və bəyanatlar bilavasitə ona dəlalət edir ki, Ermənistan danışıqlar formatını dəyişdirmək istəyir. Bununla da onlar bütün sülh prosesini və əldə olunan nailiyyətləri sıfırlaşdırmaq istəyirlər.
    Möhtərəm Prezidentimiz cənab İlham Əliyev hər dəfə çıxışında vurğulayır ki:
   “Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycan ərazi bütövlüyünü qoruyur. Ermənistan əsgərinin bizim torpaqda nə işi var?! Bu işğala son qoyulmalıdır və qoyulacaq! Biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycanındır”.
     Ölkə başçısı dəfələrlə Dağlıq Qarabağın tarixi ilə, keçmişi ilə bağlı beynəlxalq tədbirlərdə müxtəlif kürsülərdə öz sözünü  dediyini bir daha xalqa xatırlatdı.
     “Azərbaycan hər zaman tarixi ədalətin bərpası uğqunda mübarizə aparır. Çünkü Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Dağlıq Qarabağ məsələsinin həlli bizim tarixi vəzifəmizdir”-deyə dövlət başçısı vurğulayıb.
      Azərbaycan xalqı əmindir ki, Şuşaya yaxınlaşan qələbə yaxındadır. Tezliklə Azərbaycan Ordusu Zəfər Çalacaq!

Keçidlər