Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda və regionda ilk-alternativ enerji mənbələrindən istifadə olunacaq

18 sentyabr 2020 | 16:00

Naftalan kurort şəhərinin simasının daha da gözəlləşməsi və müasirləşməsi, əhalinin və buraya gələn turistlərin rahatlığının təmin edilməsi  istiqamətində abadlıq-quruculuq işləri  davam etdirilməkdədir.
     Abadlıq-quruculuq işləri çərçivəsində pilot layihə olaraq uzun illərdən bəri işıqsız qalmış, şəhərin ən böyük parklarından sayılan Qələbə parkında yerli və xarici istehsalçıların birgə məhsulu olan yeni işıqlandırma sistemi quraşdırılmışdır.
    Yeni  işıqlandırma  sistemi  günəş  enerjisi ilə qidalanan lampa və solar batareyalarla təchiz olunub. Gələcəkdə şəhər ərazisində bir neçə belə işıqlandırma sistemlərinin quraşdırılması nəzərdə tutulub. Alternativ enerjidən istifadə ilə həm də elektrik enerjisinə qənaət olunacaqdır. Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə gələcəkdə həmin işıqlanma sistemlərindən şəhərin müxtəlif yerlərində quraşdırlması nəzərdə tutulmuşdur.
     Şəhər əhalisi və turistlər artıq gecə saatlarında da istirahət etmək və asudə vaxtlarını səmərəli keçirmək üçün sözügedən  parka üz tuta biləcəklər

 

 

Keçidlər