Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən aztəminatlı ailələrə yardım paylanılıb

17 sentyabr 2020 | 16:00

 AzQAC tərəfindən  xüsusi yardıma və qayğıya ehtiyacı olan aztəminatlı ailələrə ərzaq sovqatları, tibbi ləvazimatlar və gigiyenik vasitələr olan bağlamalar paylanılıb.
      Naftalan Şəhər İcra Hakimiyyəti və AzQAC-ın Goranboy-Naftalan şəhər bölməsinin birgə tərtib etdiyi siyahıya uyğun olaraq bağlamalar İcra Hakimiyyətinin və AzQAC-ın Goranboy-Naftalan şəhər bölməsinin əməkdaşları tərəfindən qeyd olunan kateqoriyadan olan 17 ailənin ünvanına çatdırılıb.
      Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya görə, eləcə də ölkəmizdə və Naftalanda koronavirus  infeksiyasının  yayılmasının  qarşısının  alınması  məqsədi ilə görülən tədbirlərə  görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya dərin  minnətdarlıqlarını  bildiriblər.

 

Keçidlər