Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda mütəmadi olaraq mobil qruplar tərəfindən reydlər davam etdirilir

11 sentyabr 2020 | 16:00

Şəhər ərazisində və kəndlərdə fəaliyyət göstərən mobil qruplar tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində Nazirlər Kabineti yanında Operativ Qərərgahın tələb və tövsiyələrinə uyğun olaraq reydlər davam etdirilir.
     Reydlər zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb. İctimai iaşə, ticarət və digər obyektlərdə müəyyən edilmiş qaydalara əməl olunması vəziyyəti öyrənilib,  tibbi maskadan istifadənin, sosial məsafənin saxlanılmasının və qaydalara əməl edilməsinin vacibliyi bir daha vətəndaşların, eləcə də obyekt sahiblərinin,  işçi heyətin diqqətinə çatdırılıb.
   Qeyd edək ki, şəhər ərazisndə və kəndlərdə pandemiyaya qarşı mübarizə tədbirlərinə nəzarəti gücləndirmək məqsədi ilə aidiyyəti strukturların əməkdaşlarından ibarət hər birində 4 nəfər olmaqla 5 mobil qrup fəaliyyət göstərir.

 

Keçidlər