Şriftin ölçüsü :

Saytın rəngi :

Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri Naftalanda növbəti dəfə reyd keçirib

10 sentyabr 2020 | 16:00

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Naftalan Şəhər İcra Hakimiyyəti və Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə Regional bölməsinin nümayəndələri şəhərin ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində növbəti dəfə reyd keçirib.
      Reyd keçirilən obyektlərdə infeksiyanın yayılmasının qarşısının alınması üçün tibbi maskalardan istifadə edilməsi, sosial məsafənin qorunması və gigiyena qaydalarına düzgün əməl olunması vəziyyəti yoxlanılıb.
      Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

 

Keçidlər