Şriftin ölçüsü :

Saytın rəngi :

Sentyabrdan payızlıq əkinlərin bəyanına başlanılıb

08 sentyabr 2020 | 16:00

Sentyabr ayından Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) 2020-2021-ci il üçün payızlıq əkinlərin bəyanına başlanılıb.
    Yeni subsidiya mexanizminə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyalar onların bəyanlarına uyğun olaraq verilir. Fermerlər EKTİS-də yaratdıqları şəxsi kabinetlərinə daxil olaraq ərazilərini seçməli, növbəti 4 il ərzində əkəcəyi bitkilər barədə məlumatı və bu payız əkəcəyi bitkini bəyan etməlidir. Payızlıq əkin bəyanına əsasən, sistemdə elektron ərizə formalaşır. Elektron ərizədə fermerin aqrar fəaliyyətinə dair məlumatlar, torpaq sahəsi və payızlıq əkin məlumatları, ödəniləcək subsidiyanın miqdarı yer alır. Fermer ərizəni təsdiq edənədək məlumatlarda dəyişiklik edə bilər. Elektron ərizə təsdiqləndikdən sonra məlumatların monitorinqi həyata keçirilir. Monitorinqlər başa çatdıqdan sonra subsidiya məbləği müraciət edən şəxsin “Fermer kartı”na köçürülür.
    Payızlıq əkinlərin bəyanı ilin sonunadək davam edəcək. Fermerlər EKTİS-dən istifadə qaydaları və payızlıq əkinlərin bəyanı ilə bağlı texniki dəstək üçün Dövlət Aqrar İnkişaf Mərkəzlərinə və “Asan xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

 

Keçidlər