Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir şəhərində yeniyetmələr arasında keçirilən Atletika idman növünün kross qaçışı üzrə ölkə birinciliyi keçirilib

01 sentyabr 2020 | 16:00

 27-29 avqust 2020-ci il tarixlərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Şəmkir Olimpiya İdman Kompleksində təşkil olunmuş, “Atletika” idman növünün kross qaçışı üzrə açıq havada oğlan və qızlardan ibarət yeniyetmələr arasında ölkə birinciliyinə 29 avqust 2020-ci il tarixdə yekun vurulmuşdur. Ölkə birinciliyində iştirak edən qızlar və oğlanlardan ibarət Naftalan şəhər Gənclər və İdman idarəsinin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman məktəbinin yetirmələrindən Həsənov Elmir Teyyub oğlu 1000 metr məsafədə bütün rəqiblərini qabaqlayaraq  1-ci yerə layiq görülərək respublika çempionu olmuşdur.
       Naftalan Şəhər İcra Hakimiyyəti başçısı adından qalibimizə Fəxri Fərman və hədiyə təqdim edilmişdir.

 

Keçidlər