Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda gənclər arasında şahmat üzrə “Könüllülər kuboku” turniri keçirildi

24 avqust 2020 | 16:00

  21 avqust 2020-ci il tarixdə Naftalan şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq 16-29 yaşlı oğlan və qızlar arasında şahmat üzrə “Könüllülər kuboku” turniri keçirildi.
     Yarış gəncləri interaktiv metodlarla idmana cəlb etmək yolu ilə bərabər imkanların təmin edilməsi, şahmatın təbliği, onların asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyıb.                                  
      Belə ki, turnirin nəticəsinə əsasən oğlan şahmatçılar arasında Həsənov Elmar İlqar oğlu 1-ci yer, Zeynalov Sərxan Asif oğlu 2-ci yer, İslamov Əli İlyas oğlu 3-cü yer və qız şahmatçılar arasında Avdıyeva Vətəngül Afyəddin qızı 1-ci yer, Muradzadə Şəhla Şahlar qızı 2-ci yer, Muradzadə Şəfa Şahlar qızı isə 3-cü yerin qalibləri olmuşdurlar.
          Qeyd: Qaliblərə mükafatlandırma tarixi barədə əvvəlcədən məlumat veriləcək.

 

 

Keçidlər