Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları ilə birgə reydlər davam etdirilir

24 iyul 2020 | 16:00

Naftalan Şəhər İcra Hakimiyyətinin və 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşlarının birgə təşkilatçılığı ilə şəhər ərazisində fəaliyyət göstərən ictimai iaşə, ticarət və digər sahibkarlıq subyektlərində növbəti reyd keçirilib, sahibkarlarla  profilaktik söhbətlər aparılıb, karantin rejimi qaydaları izah olunub və ciddi xəbərdarlıq edilib.
    Reyd zamanı karantin rejimi qaydalarını pozduğuna görə bir obyekt sahibinə inzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə tətbiq olunub.
   Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən zəruri tədbirlər bundan sonra da davam etdiriləcək.

 

Keçidlər