Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində və kəndlərində mobil qruplar tərəfindən davamlı olaraq reydlər keçirilir

17 iyul 2020 | 16:00

 Naftalan şəhərində və şəhərin Qaşaltı Qaraqoyunlu və Qasımbəyli kəndlərində koronavirus infeksiyasının yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə kompleks tədbirlər davam etdirilir.
    İnfeksiyaya qarşı həyata keçirilən profilaktik dezinfeksiya tədbirləri ilə  yanaşı əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi və sosial məsuliyyət tədbirləri də həyata keçirilir.   Pandemiyaya qarşı mübarizə aparmaq üçün aidiyyəti strukturların əməkdaşlarından ibarət hər birində 4 nəfər olmaqla 5 mobil qrup fəaliyyət göstərir.
       Mobil qrupların üzvləri tərəfindən müvafiq ərazi bölgüsü əsasında mütəmadi olaraq ticarət, ictimai-iaşə və xidmət obyektlərində, banklarda, həmçinin turizm obyektlərində əhalinin müəyyən olunmuş qaydalara və sanitar-epidemioloji tələblərə əməl edilməsinin, eləcə də dəfn mərasimlərində məhdud sayda insanların iştirak etməsininı vəziyyətini öyrənmək və lazımi tədbirlər görmək məqsədilə reydlər keçirilir, əhalinin sıx toplaşdığı ərazilərdə sakinlərlə fərdi qaydada hərtərəfli izahetmə işləri aparılır.
      Həmçinin reyd keçirilən bütün obyektlərdə işçi heyətinə canlı təmas zamanı tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (maska, əlcək, spirtvə sair) istifadənin, sosial məsafənin saxlanılmasının zəruri olduğu bildirilir.
     Reyd zamanı Nazirlər Kabinetinin Operativ Qərargahının tələblərinə zidd fəaliyyət göstərən obyekt sahiblərinə sonuncu dəfə xəbərdarlıq edilərək qanuna müvafiq olaraq müvafiq strukturlar tərəfindən inzibati qaydada tədbirlər görülüb.

 

Keçidlər