Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyətinin başçısı və Millət vəkili vətəndaşları onlayn qəbul etdi

30 iyun 2020 | 16:00

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və Millət vəkili Anar Məmmədov  onlayn qaydada vətəndaşları qəbul edib. 
    Hər bir vətəndaşın müraciəti ayrı-ayrılıqda diqqətlə dinlənilib. Dinlənilmiş bütün müraciətlər qanunamüvafiq qaydada həll olunması məqsədi ilə qeydiyyata alınaraq  nəzarətə götürülüb. Həlli vacib və mümkün olan problemlərin dərhal, digərlərinin qanuna uyğun formada araşdırılaraq qısa zamanda  nəticəsi barədə onlara məlumat veriləcəyi bildirildi. Müraciətlər işlə təmin olunma, şəhər sakinləri və turistlər üçün velosiped yolunun çəkilməsi, şəhər stadionun  təmiri, eləcə də şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün ev tikintisi, şəhər ərazisində pandusların quraşdırılması, dam örtükləri və novalçaların təmiri və s. sahədə görülən işlərlə bağlı minnətdarlıq olub.
    Həmçinin onlayn qəbul zamanı pandemiya vəziyyəti ilə bağlı mövcud məsələlər müzakirə edilib və vətəndaşlara karantin rejiminin şərtllərinə əməl etmələri tövsiyə olunub.
    Qəbula gələnlər belə çətin vaxtda onların müraciətlərinin dinlənilməsindən razılıqlarını ifadə edərək ölkədə, o cümlədən Naftalan şəhərində həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər