Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində əkin-biçin sahələrinin yanğından mühafizəsi ilə bağlı maarifləndirmə işləri aparılır

16 iyun 2020 | 16:00

Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Qaşaltı Qaraqoyunlu bələdiyyəsi  tərəfindən Qaşaltı Qaraqoyunlu və Qasımbəyli kəndlərinin fermerləri ilə əkin sahələrində maarifləndirmə işləri aparılıb. Əkin sahələrinin sahibləri ilə maarifləndirici söhbətlər aparılaraq sahələrin yandırılmasının həm ekoloji, həm də aqrotexniki qaydalar baxımından zərərli olduğu və torpağın münbitliyinin azalmasına, üzvi maddələrin, mikroflorasının məhv olmasına gətirib çıxardığı, nəticə etibarı ilə kənd təsərrüfatına yararlı torpaq sahələrinin üst münbit qatının korlanmasına, əkin yerlərində torpaqların qida maddələri balansının pozulmasına gətirib çıxardığı bildirilmişdir.
     Həmçinin, əkin sahələrinin, qurumuş kol-kosun yandırılması yaxınlıqda yerləşən digər sahələrdə, yaşayış məntəqələrində yanğın təhlükəsi yaratmaqla yanaşı, mühəndis kommunikasiya sistemlərinin sıradan çıxmasına səbəb olduğu və yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə müvafiq inzibati cərimələr nəzərdə tutulduğu onların diqqətinə çatdırılmışdır.

 

Keçidlər