Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı əhali arasında aparılan maarifləndirmə işləri gücləndirilib

08 iyun 2020 | 16:00

Ölkəmizdə koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Naftalan şəhəri ərazisində qabaqlayıcı tədbirlər davam etdirilir. İnfeksiyaya qarşı həyata keçirilən profilaktik tədbirlərlə  yanaşı əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi və sosial məsuliyyət tədbirləri davam etdirilir.
  Koronavirusla mübarizənin səmərəliliyinin artırılması, sadə gigiyena qaydalarına riayət etməklə koronavirusdan qorunma yolları və doğru davranış qaydalarından bəhs edən məlumatlandırıcı təlimatları özündə əks etdirən posterlər əhalinin görə biləcəyi məkanlarda: yaşayış binalarının girişində, liftlərdə, ticarət, ictimai-iaşə obyektlərinin giriş qapılarında, idarə müəssisə və təşkilatların dəhlizlərində və digər görünən yerlərdə yerləşdirilmişdir.
     Dövlətimiz tərəfindən görülən tədbirlərin effektli olması üçün sakinlərdən müəyyən edilmiş bu qaydalara riayət etmələri tələb olunur.

 

Keçidlər