Şriftin ölçüsü :

Saytın rəngi :

Kurort şəhərimiz Naftalanda elektrik təchizatının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir

22 may 2020 | 16:00

Ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu siyasət, həyata keçirilən islahatlar, regionların sosial-iqtisadi inkişafı proqramı respublikamızın inkişaf dinamikasını daha da sürətləndirir. Bütün sahələrdə olduğu kimi elektrik təsərrüfatlarının  yenidən qurulması da bu inkişaf dinamikasına öz töhvəsini verməkdədir.
    Həmçinin Naftalanda da turizmlə bərabər bütün infrastrukturun inkişafına diqqət artırılmışdır. Həyata keçirilən  tədbirlər nəticəsində vətəndaşların kommunal sahədə mövcud olan bir sıra problemlər öz həllini tapmışdır. Aparılan abadlıq-quruculuq və yenidənqurma işləri bu gün də davam etdirilir.
     Hazırda şəhərimizdə elektrik şəbəkələrində yüklənmələrin azaldılması və şəbəkələrdəki texniki itkilərin minimuma çatdırılması istiqamətində işlər aparılır, transformator məntəqələri yeni avadanlıqlarla təchiz olunur.

 

Keçidlər