Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin CİSCO şirkətinin rəhbərləri arasında keçirilən videokonfrans strateji əməkdaşlığı daha da gücləndirir

21 may 2020 | 16:00

 Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyev ABŞ-nı təmsil edən CİSCO şirkətinin rəhbərləri ilə videokonfransda görüşündə qeyd etmişdir ki, dünən mən ABŞ-nın Prezidenti Trampdan məktub almışam. O, məni və Azəbaycan xalqını qarşıdan gələn Respublika Günü münasibətilə təbrik edib. Öz məktubunda Prezident Tramp yazır ki, təxminən 30 ildir Birləşmiş Ştatlar və Azərbaycan beynəlxalq təhlükəsizliyi, enerji təhlükəsizliyinin şaxələndirilməsini, siyasi islahatlar məsələlərini təmin etmək üçün birgə işləyirlər. Həmin məktubda o xüsusi olaraq qeyd edir ki, iki böyük dövlətimiz gələcəkdə daha çox işlər görəcək. Bu ABŞ ilə Azərbaycan arasında dostluğun çox mühüm təzahürüdür. Donald Trampın cənab İlham Əliyevə ünvanladığı təbrik məktubu bir daha ABŞ ilə Azərbaycan arasında olan münasibətlərin bundan sonrakı mərhələlərlə bütün sahələr üzrə daha da inkişaf edəcəyini təsdiqləyir. ABŞ-ın dövlət başçısı səviyyəsində Azərbaycan nüfuzlu və güclü dövlət olaraq qəbul edilir. Bu Azərbaycan və ABŞ arasında yaxın tərəfdaşlıq münasibətlərinin təsdiqi kimi səciyyələndirilir.
     CİSCO şirkətinin vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer videokonfransdakı çıxışında qeyd etmişdir ki, şirkətin heyəti ilə Azərbaycan arasında keçirilən bu görüş çox səmərəlidir. Vurğulanıb ki, Cənab Prezident kimi liderin texnologiyaya belə açıq olması və onu ölkə üzrə tətbiqinə hazır olması məmnunedici haldır. Siz təkcə regionda deyil dünyada texnologiyaya dəstək verən liderlərdənsiniz. Xoş təəssurat bağışlayan haldır ki, COVİD-19 virusu ilə əlaqədar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərakatının toplantılarının təşkil edilməsində liderlik səviyyənizi nümayiş etdirdiniz. Bir daha bu işlərə rəhbərlik etməyiniz bizə çox böyük təəssurat bağışladı.
     Cənab Prezident çıxışında qeyd etmişdir ki, bu fikirlər Azərbaycanın regional mövqeyinin yüksək olduğunu bir daha təsdiq edir. Postpandemiya dövründə Azərbaycanda sahibkarlara dəstəyin daha da gücləndirilməsi, bütövlükdə yeni iqtisadi modelin tətbiqi müşahidə edilmişdir. Bu isə imkan verəcəkdir ki, pandemiyanın təsirlərini qısa zamanda bərpa etmək və bu təsirləri qısa zaman ərzində minumuma endirmək, bütövlükdə region üçün yeni iqtisadi model təqdim etmək imkanlarına malik olacağıq. CİSCO kimi nüfuzlu şirkətin Azərbaycana cəlbinə xüsusi diqqət göstərilməsidir. Burada əsas məqsəd bir tərəfdən ölkəyə yatırılan sərmayənin həcminin artırılması və xarici investorların Azərbaycana olan inamının möhkəmləndirilməsidirsə, digər tərəfdən də müasir texnologiyanın tətbiqi ilə iqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsidir.
  Videokonfransda CİSCO şirkətinin vitse-prezidenti Qay Ditrix çıxışında “Smart ölkə” təhsil və kibertəhlükəsizlik məsələlərinin Azərbaycanın Prezidenti tərəfindən qarşıya qoyulan prioritetlər olduğunu qeyd edib. Şirkətin vitse-prezidenti CİSCO-nun Azərbaycanda “Ağıllı şəhər” layihəsi əsasında “Ağıllı avtovağzal” layihəsini işlədiyini və bunun nəticəsində inanılmaz dərəcədə uğurlar olduğunu, əlavə olaraq “Ağıllı məktəblər” və “Ağıllı kənd təsərrüfatı” layihələrinin də işlənməsi müasir texnologiyanın təhsilə və kənd təsərrüfatına tətbiqinin Azərbaycanda həssaslıqla yanaşılacağını vurğulamışdır.
    Dövlətimizin başçısı çıxışında Davosda keçirilən görüşdən sonra CİSCO ilə birgə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində böyük irəliləyişlərə nail olunduğunu, “Ağıllı şəhər” layihəsi sahəsində işlərin yaxşı getdiyini vurğulamış və bundan sonrada atacağımız addımların planı hazır olacaq, yekun nəticə çıxacaq və hansı növ ehtiyatların toplanmasına ehtiyac duyulduğunu biləcəyik. Hazırda təhsil proqramı üçün verdiyiniz dəstək çox vacibdir lakin məktəblərimiz və universitetlərimiz koronavirusla əlaqədar mart ayından bağlanıb və tədris ilinin sonuna kimi onlar birmənalı olaraq açılmayacaq. Kənd təsərrüfatında məşğulluğu, ərzaq təhlükəsizliyini və ixrac üçün gözəçarpan nəticələrə nail olmaq üçün su ehtiyatlarımıza çox ciddi elektron nəzarət sistemi qurulmalıdır. Azərbaycanda su itkisi 40 və hətta 50 faiz təşkil edir. Azərbaycanda təkcə su itkisinə yol verilməsi torpaqlarımıza çox ziyan vurur, torpaq yuyulur və kənd təsərrüfatı üçün yarasız vəziyyətə düşür. Su ehtiyatlarının və balansının elektron idarə edilməsini qurmaqla və qabaqcıl texnologiyanı tətbiq etməklə kənd təsərrüfatı məhsulları ilə ölkəmizin təmin edilməsini və ixrac qabiliyyətimizi artırılmasına nail olmalıyıq.
     CİSCO şirkəti ilə videokonfransda səsləndirilən məsələlər bir daha onu göstərir ki, bu gün qlobal enerji və nəliyyat-kommunikassiya layihələrinin uğurla gərçəkləşdirilməsi Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun artırılması, neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi iqtisadi qüdrətimizi daha da artıracaq.

Keçidlər