Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda şəhidin xatirəsinə tikilmiş bulaq kompleksi təmirdən sonra istifadəyə verilib

15 may 2020 | 16:00

Naftalan şəhərində şəhid Habil Əliyevin xatirəsinə tikilən abidə-bulağı və bulağın ətrafı əsaslı şəkildə təmir olunub.
    Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov şəhidimizin ailəsi ilə görüşmüş, burada aparılmış təmir-bərpa, restavrasiya işləri ilə tanış olmuşdur.
     Şəhidin oğlu Samir Əliyev və şəhidin həyat yoldaşı Mahiyyə Əliyeva bütün şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

 

Keçidlər