Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkəmizin bütün sahələrində kadr islahatları uğurla aparılır

14 may 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2013-cü ildən başlayaraq dövlət idarəçiliyinin bütün sahələrində kadr islahatı intensiv şəkildə davam etdirilir. Aparılan islahatların əsas xətlərindən biri korrupsiya ilə mübarizənin daha da gücləndirilməsi və dövlət məmurlarının vətəndaşlarla münasibətinin daha sağlam şəkildə qurulmasıdır. Kadr islahatında gənclərin irəli çəkilməsi, daha məsul vəzifələrə təyin edilməsi, onların bilik və bacarıqlarından idarəetmədə və istehsalatda səmərəli istifadə olunmasına geniş imkanlar yaratmışdır. Bu isə ölkəmizin və cəmiyyətimizin xeyrinə atılan addımlardır.
    Cənab Prezidentin rəhbərliyi ilə ölkədə reallaşdırılan siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını surətləndirib, onların ictimai-siyasi fəallığının artırılmasına kömək edib. Bunun nəticəsidir ki, Azərbaycan gəncləri ictimai həyatın bütün sahələrində fəallıqları ilə seçilirlər. Azərbaycan gənci idman, elim, mədəniyyət, incəsənət və digər sahələrdə böyük naliyyətlər qazanır, dövlətçilik ənənələrini daim uca tutur.
      Məlum koronavirus pandemiyası dövründə də gənclərimiz sözün həqiqi mənasında “ön cəbhədə” çalışan müəyyən dövlət strukturlarının, eləcə də həkimlərimizin yanında olmağı özlərinə borc bildilər. Əhalinin sosial baxımdan zəif, yaşlı nəslinin nümayəndələrinə, aztəminatlı ailələrə, tənha yaşlılara könüllülük prinsipi əsasında yardımlar göstərilməsində də məhz gənclərimiz fəallıqları ilə seçilirlər.
    Bütün sturukturlarda aparılan islahatlarda birinci növbədə gənclərimizin irəli çəkilməsi, onların məsul vəzifələrə təyin edilməsi bir daha gənclərdə ruh yüksəkliyi yaratmış və pandemiyanın dünyanı bürüdüyü bu günlərdə Prezident cənab İlham Əliyevə ünvanladıqları çoxsaylı məktublarda da aparılan siyasəti dəsdəklədikləri bir daha bildirilir. Bu məktubların hamısında cənab Prezidentin xalqımıza, o cümlədən gənclərə göstərdiyi diqqət və qayğının tükənmədiyi bildirilir.
      Gənclərimiz ölkəmizdə aparılan quruculuq, abadlıq işlərini, on illərlə gediş-gəlişi çox çətin olan kəndarası yolların çəkilməsi, yüzlərlə yeni məktəblərin, xəstəxanaların, mədəniyyət evlərinin, uşaq bağçalarının tikildiyi, yeni park və xiyabanların salındığı bu günlərdə cənab Prezident Sizin etimadınızı doğrultmayan, rüşvətxorluqla məşğul olan, xalqı dövlətə qarşı çevirən məmurlara ar olsun deyirik.
      Möhtərəm Prezident Sizin kadr islahatı ilə əlaqədar qəbul etdiyiniz bütün qərarlar Naftalan şəhərində də ardıcıl həyata keçirilir. Gənc kadrların dövlət qulluğunda və digər sahələrdə irəli çəkilməsi, onların bilik və bacarıqlarından səmərəli istifadə edilməsi artıq öz töhfəsini verməkdədir. Gənclərin hər birinin təşəbbüsləri, təqdim etdiyi layihələr geniş müzakirə edilir, onların vətənpərvərliyi, inkişafı, yüksək intellekti, dünyagörüşləri göz önündədir.
      Cənab Prezident, Azərbaycan gəncləri apardığınız bütün işlərdə, o cümlədən kadr islahatları ilə əlaqədar həyata keçirdiyiniz işlərdə Sizə tükənməz enerji və böyük qələbələr arzulayır.

Keçidlər