Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda polis əməkdaşları sakinləri sosial izolyasiya qaydalarına riayət etməyə çağırırlar

13 may 2020 | 16:00

Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşları koronavirus pandemiyasının yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində mütəmadi olaraq sakinlərlə maarifləndirici söhbətlər aparır, onları sosial izolyasiya qaydalarına riayət etməyə çağırırlar.
      Polis əməkdaşları yerli idarələrin və bankların qarşısında yarana biləcək sıxlığı nəzərə alaraq bu ərazilərə xüsusi olaraq nəzarət edirlər. Vətəndaşlardan tibbi maskadan istifadə etmək, insanlarla təmas zamanı iki metrlik ara məsafəsini saxlamaq tövsiyə olunub. Bir çox vətəndaşlara tibbi maska və əlcək paylanılıb.

 

Keçidlər