Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə inşa yazı müsabiqəsi keçirilir

12 aprel 2020 | 16:00

   Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin ümumtəhsil məktəblərinin şagirdləri arasında  “Koronavirusla mübarizə-Naftalan şagirdlərinin gözü ilə” mövzusunda  inşa yazı müsabiqəsinə start verilib.
          Müsabiqənin məqsədi karantin rejimi müddətində evdə qalan məktəblilərin asudə vaxtının səmərəli təşkil edilməsi və şagirdlərin aparılan Preventiv tədbirlər barədə fikirlərini aşkarlamaqdır.
       13-18 aprel 2020-ci il tarixlərində keçiriləcək  inşa müsabiqəsində şagirdlər adları,soyadları və oxuduqları məktəb qeyd olunmaqla yazdıqları inşaları Naftalan Şəhər İcra Hakimiyyətinin  elekton poçt ünvanına (mail@naftalan-ih.gov.az) göndərməlidirlər.
          Müsabiqənin sonunda mövzunun məzmununa və dolğunluğuna uyğun olaraq ilk 5 yeri tutmuş şagirdlər hədiyyə və fəxri fərmanlarla mükafatlandırılacaqlar.

 

Keçidlər