Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı xüsusi karantin rejiminin tələblərinin riayət edilməsi vəziyyəti ilə tanış olub

03 aprel 2020 | 16:00

 Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq Naftalan şəhərində  xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün zəruri tədbirlərin görülməsi davam etdirilir.
     Şəhər ərazisində xüsusi karantin rejiminin tələblərinin riayət edilməsi vəziyyəti ilə yaxından tanış olub, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və Polis şöbəsinin rəisi Zaur Bədəlov sakinlərlə profilaktik söhbətlər edib, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə onlara Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərar və  qaydalara əməl etmələri, eləcədə həm öz sağlamlıqlarını, həm də koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan ötrü xüsusi karantin rejimi müddətində zərurət olmadıqca evdən çıxmamaları barədə xəbərdarlıq ediblər.
     Bundan əlavə, şəhər ərazisindəki bütün istirahət parkları lentlərlə bağlanılaraq giriş məhdudlaşdırılıb, o cümlədən sakinlərin əyləşməsi üçün nəzərdə tutulan oturacaqlardan, söhbətgahlardan istifadəyə qadağa qoyulub. Eyni zamanda, şəhər ərazisində gündəlik olaraq dezinfeksiya işləri davam etdirilir.

 

Keçidlər