Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda əhali arasında koronavirusa yoluxma hallarını minimuma endirmək məqsədilə profilaktik tədbirlər davam etdirilir

02 aprel 2020 | 16:00

 Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədi ilə Naftalan şəhəri ərazisində  əhalinin sıx toplaşdığı ərazilərdə fərdi izahetmə-xəbərdarlıq işlərinin aparılması məqsədilə yaradılan mobil qruplar şəhərin müxtəlif küçələrində, parklarda karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlarla fərdi söhbətlər aparır, vətəndaşları xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə dəvət edirlər.
     Həmçinin polis əməkdaşları binaların qarşısında və məhəllələrdə  səsgücləndiricilər vasitəsi ilə vətəndaşları ehtiyac olmadıqda evdən çıxmamağa, xüsusi karantin rejiminin digər tələblərinin yerinə yetirilməsinə çağırır.
    Şəhər  sakinlərinin daha sıx olduğu yerlərdəki mövcud oturacaqlar yığışdırılıb, binaların həyətindəki söhbətgahlara və parklara giriş məhdudlaşdırılıb.
        Bütün təbliğat, maarifləndirmə dezinfeksiya və digər zəruri işlərin görülməsi  gün ərzində davam etdirilir.

 

Keçidlər