Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhər Uşaq Gənclər İdman məktəbinin idmançılarından #evdəqal aksiyasına video-çarx

01 aprel 2020 | 16:00

Əhali arasında koronavirusa yoluxma hallarını minimuma endirmək məqsədilə Naftalan  İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhər Uşaq Gənclər İdman məktəbinin idmançılarının iştirakı ilə video-çarx hazırlanıb.
Təbligat-təşviqat xarakteri daşıyan bu video-çarx əhalinin diqqətini Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə tətbiq edilən sosial izolyasiya qaydalarına yönəltmək, insanları zəruriyyət olmadığı halda evdən çıxmamağa səsləməkdir. Qeyd edək ki, evdə qal çağırışına əməl etməklə biz koronavirusa yoluxma riskini azaldırıq.
Naftalan Şəhər İcra Hakimiyyəti olaraq hər bir sakini məsuliyyətli və nümunəvi davranış nümayiş etdirməyə,eləcədə  xüsusi karantin rejiminin tələblərinə ciddi riayət etməyə dəvət edirik.
Əminik ki, biz birlikdə bütün sınaqlardan üzüağ çıxacayıq.

Keçidlər