Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhər İcra Hakimiyyəti başçısının “Novruz bayramı” münasibətilə şəhər sakinlərinə təbriki

21 mart 2020 | 16:00

Əziz naftalanlılar!
    Sizi xalqımızın milli bayramı olan və tarixi minillərlə ölçülən Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə bahar təravətli günlər, cansağlığı, xoşbəxtlik və süfrənizin daim ruzi-bərəkətli olmasını arzu edirəm.  Bu əziz bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi, mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir.
   Ölkəmizin bugünkü inkişafında misilsiz xidmətlər göstərən ölkə rəhbəri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində kurort şəhərimiz gündən-günə gözəlləşir, yenilənir və artıq beynəlxalq turizm məkanına çevrilib.
    Hörmətli naftalanlılar, dünyada geniş yayılan koronovirus infeksiyasından özünüzü və ətrafınızı qorumaqla, evinizdə, ailənizdə xoş əhval-ruhiyyə ilə Novruz bayramı keçirmənizi diləyir və sizlərə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə günbəgün inkişaf edən ölkəmizdə firavan həyat arzu edirəm.
     Bahar bayramınız mübarək olsun!

Dərin hörmətlə,

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov

Keçidlər