Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində "Regional Turizmin İnnovativ İnkişaf" planı mövzusunda seminar keçirilib

06 mart 2020 | 16:00

Naftalan Şəhər İcra Hakimiyyəti və Rec Travel MMC-nin birgə təşkilatçılığı ilə “Regional Turizmin İnnovativ İnkişaf” planı mövzusunda seminar keçirilib.
    Tədbirdə ŞİH Başçısı aparatının məsul işçiləri, Rec Travel MMC-nin rəhbərliyi, şəhərdə fəaliyyət göstərən otel və sanatoriyaların nümayəndələri iştirak ediblər.
   Tədbirdə naftalan neftindən hazırlanan məhsulların Qazaxıstanın paytaxtı Nursultan şəhərində yerləşən Ticarət Evində sərgilənməsi, Naftalan şəhərinə Qazaxıstandan və digər MDB ölkələrindən turistlərin cəlb edilməsi istiqamətində işlərin aparılması və digər məsələlər müzakirə edilib.

 

Keçidlər