Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov şəhərin 22, 23, 27, 29, 30 və 31 nömrəli çoxmənzilli yaşayış binalarının sakinləri ilə növbəti səyyar qəbulu keçirilib

04 mart 2020 | 16:00

 Təşkil olunan  görüşdə ŞİHB aparatının məsul işçiləri, ŞİHB-nin 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Bələdiyyə sədri, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri  və sözügedən binaların sakinləri iştirak ediblər.
     Səyyar qəbulda şəhər rəhbəri Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlar, eləcə də vətəndaşlara göstərdiyi diqqət və qayğı barədə geniş məlumat verərək qeyd edib ki, ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən belə görüşlərin əsas məqsədi əhalini narahat edən problemləri öyrənmək və tez bir zamanda həllinə nail olmaqdır.
       Qəbulda ayrı-ayrı sahələrə dair sakinlər tərəfindən səsləndirilən bır sıra məsələlər yerindəcə həllini tapıb. Digər məsələlərin həlli tapşırıq əsasında aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb.
      Sakinlər öz çıxışlarında Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda gedən sosial-iqtisadi inkişafdan böyük fəxr duyduqlarını dərin razılıq hissi ilə bildirib, dövlət başçımızın Naftalan şəhərinə  göstərdiyi xüsusi diqqət və qayğını yüksək qiymətləndiriblər.


 

Keçidlər