Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Hot line: (+994 22 35) 2-31-88

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı

Novruzov  Vüqar  Vahid  oğlu  1980-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2001-ci ildə Azərbaycan Texniki Universitetinin Mühəndis-menecmenti  ixtisası üzrə bakalavr, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit ixtisası üzrə magistratura pilləsini, 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistratura pilləsini bitirmişdir.
    Əmək fəaliyyətinə 2002-2003-cü illərdə Azərbaycan Respublikasının Hesablama Palatasının Təşkilat şöbəsində böyük mütəxəssis kimi başlamışdır. 2003-2007-ci illərdə Azərbaycan Respublikası Hesablama Palatasının böyük mütəxəssisi, məsləhətçisi, aparıcı məsləhətçisi, sektor müdiri, 2007-2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində məsləhətçi, baş məsləhətçi vəzifələrində, 27 sentyabr 2019-cu il tarixdən 4 dekabr 2019-cu il tarixədək Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində  çalışıb. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 21 iyun 2017-ci il tarixli Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
     Yeni Azərbaycan Partiyasının üzvüdür. Dövlət qulluğunun baş müşaviridir.
     Ailəlidir, üç övladı var.
   Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 04 dekabr 2019-cu il tarixli Sərəncamı ilə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

  

Links