Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin ilk mülki şəhid ailəsi ziyarət olunub

20 sentyabr 2022 | 18:20

Vətən müharibəsinin ikinci ildönümü ərəfəsində Naftalanda Şəhid ailələri və qazilərlə görüşlər davam edir.  

Naftalan ŞİH-nin başçısı Vüqar Novruzov, şəhər Polis şöbəsinin rəisi Zaur Bədəlov, Şəhər Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlov və digər məsul şəxslər Şəhid Qurbanovlar ailəsini ziyarət ediblər.

ŞİH-nin başçısı bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsində 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan xalqı bu tarixi zəfəri igid övladlarının qanı, canı bahasına qazandı və bu zəfərlə bütün şəhidlərimizin qisası alındı.

Şəhid ailəsi onlara göstərilən yüksək diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsinin ilk günü 27 sentyabr tarixində erməni vandallarının atdığı top mərmisi nəticəsində Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndində ikisi uşaq olmaqla Qurbanovlar ailəsinin beş üzvü həyatını itirib.

Keçidlər