Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi Şəhidi Elyəddin Cəfərovun xatirəsi anılıb

24 may 2023 | 12:37

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan Cəfərov Elyəddin Zöhrab oğlunun xatirəsi doğum günündə ehtiramla anılıb.

Naftalan ŞİHB aparatının məsul əməkdaşları, Şəhidin ailə üzvləri Şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Möhtərəm Prezidentimizin müvafiq Sərəncamlarına əsasən Cəfərov Elyəddin (ölümündən sonra) III dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Cəsur döyüşçü", “Vətən Uğrunda”, "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Keçidlər