Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi Şəhidi Elyəddin Cəfərovun xatirəsi anılıb

24 may 2022 | 16:19

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalmış Elyəddin Cəfərovun doğum günü münasibətilə Şəhidimizin məzarı ziyarət edilib əziz xatirəsi ehtiramla anılıb.

Daha sonra tədbir ŞİH məsul əməkdaşlarının, pedaqoji kollektivlərin, şəhid ailələrinin, qazilərin və şəhər ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə davam etdirilib.

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən ŞİH başçısının müavini və digər natiqlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun şanlı tarixi zəfərindən danışaraq, Şəhid ailələrinə, qazilərə, döyüş iştirakçılarına ölkə başçısının, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın əvəzsiz diqqət və qayğısından söz açmışlar.

Şəhid Elyəddin Cəfərov ölümündən sonra Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Sonda məktəblilərin ifasında  ədəbi-bədii kompozisiyalar dinlənilib.  

Keçidlər