Şriftin ölçüsü :

Saytın rəngi :

“Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirilib

24 may 2023 | 15:57

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə “2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq Naftalan şəhərində ŞİH-nin təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirilib.

Tədbirdə ŞİH başçısının müavini Kəmalə Hüseynova, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov, YAP Naftalan şəhər təşkilatının sədri, şəhər Ağsaqqallar Şurasının sədri, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ziyalıları iştirak edib.

“Heydər Əliyev 100: Dövrümüzün böyük Azərbaycanlısı” mövzusunda çıxış edən professor Abbas Seyidov görkəmli dövlət xadimi Ulu Öndər Heydər Əliyevin ağır bir şəraitdə müstəqil dövlətimizin yenidən qurulması istiqamətində həyata keçirdiyi misilsiz tarixi xidmətlərindən, milli-mənəvi dəyərlərin inkişafı fonunda apardığı mübarizədən geniş söhbət açaraq bildirib ki, Ümummilli Lider Heydər Əliyev siyasətçi və dövlət xadimi kimi ən uca missiyanı gerçəkləşdirərək müstəqil Azərbaycan dövlətinin memarı oldu və müasir tariximizi öz müstəsna xidmətləri ilə yazdı. Natiq Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini iştirakçılarla bölüşərək vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevlə görüşmək böyük bir xoşbəxtlikdir. Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində xalqımızın qazandığı tarixi zəfər Heydər Əliyevin təməlini qoyduğu siyasətin qələbəsidir.

Keçidlər