Şriftin ölçüsü :

Saytın rəngi :

“Technest” Təqaüd Proqramı çərçivəsində gənclərlə görüş keçirilib

19 may 2023 | 14:37

Naftalanda ŞİH-nin təşkilatçılığı ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “Technest” Təqaüd Proqramı çərçivəsində “Rəqəmsal Azərbaycana doğru” regional layihəsinin nümayəndələri gənclərlə görüş keçirib.

Görüşdə ŞİH-nin məsul əməkdaşı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “Rəqəmsal Azərbaycana doğru” regional layihəsinin nümayəndələri, təhsil işçiləri, gənclər iştirak edib.

Görüş zamanı İKT üzrə bilik və bacarıqların artırılması istiqamətində interaktiv təqdimatlar keçirilib, “Technest” Təqaüd Proqramının fəaliyyət istiqamətləri və yaratdığı imkanlardan bəhs edilib, iştirakçılara bu sahə üzrə təhsil və karyera hədəflərinə uyğun təklif və tövsiyələr verilib, gələcəyin ən perspektivli və innovativ peşələrinin üstünlükləri iştirakçıların diqqətinə çatdırılıb, sualları cavablandırılıb.

Görüşün sonunda tərəfdaş tədris mərkəzi tərəfindən gənclər könüllü formada imtahan prosesinə qoşulublar. Testlərin nəticələrinə əsasən yüksək nəticə göstərmiş gənclər İKT üzrə ödənişsiz tədrisdən yararlana biləcəklər.

Keçidlər