Şriftin ölçüsü :

Saytın rəngi :

ŞİH başçısının səyyar qəbulu keçirildi

19 sentyabr 2022 | 14:34

Naftalan Şəhər İcra Hakimiyyətinin Başçısı 1,2,3,4,5 nömrəli çoxmənzilli yaşayış binalarının sakinləri ilə səyyar qəbul keçirmişdir.

Öncə Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə Naftalan Şəhər Polis Şöbəsinin rəisi Zaur Bədəlov, İcra Hakimiyyəti başçısının müavinləri, şəhərdə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.

ŞİH Başçısı Vüqar Novruzov qəbulda iştirak edən sakinlərinin müraciətlərini dinləyib, onları narahat edən məsələlərlə bağlı verdikləri suallar ətraflı cavablandırılıb.

Qəbul zamanı sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə şəhər icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə ətraflı məlumat verildi.

İcra Hakimiyyətinin Başçısı sakinlərin müraciət və təklifləri ilə bağlı qurum rəhbərlərinə müvafiq tapşırıqlar verərək icrasını nəzarətə götürüb.

Keçidlər