Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid İzzət Həmidovun anası ilə görüşülüb

17 yanvar 2023 | 14:12

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Sumqayıt şəhər sakini Şəhid İzzət Həmidovun anası Vəfa İsmayılovanı qəbul edib.

Söhbət zamanı şəhər rəhbəri Vətən müharibəsində qazandığımız qələbədən, bu zəfərin əldə olunması üçün canından keçən Şəhidlərimizdən söz açıb, Şəhid anasının “Gold Naftalan” müalicə mərkəzində müalicəsi ilə maraqlanıb.

Şəhid anası onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandanımıza minnətdarlıq hisslərini ifadə edib, eyni zamanda Naftalanda olduğu müddətdə ona yaradılan şəraitə, göstərilən xoş münasibətə görə razılığını bildirib.

Qeyd edək ki, İzzət Həmidov möhtərəm Prezidentimizin Sərəncamlarına əsasən ölümündən sonra "Füzulinin azad olunmasına görə", "Vətən Uğrunda" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Keçidlər